Dekabrın qalibi təvazökarlıq etdi

8.02.2025 19:36 269
Aktual / Ölkə futbolu
Futbol üzrə ölkə çempionatının 1-ci liqasında “Ayın qolu” layihəsinin dekabr üçün qalibinin Bilal İsmayılov olduğunu xəbər vermişdik.

“Cəbrayıl”ın futbolçusuna mükafatı 12-ci turdakı “Qaradağ Lökbatan”la oyundan əvvəl Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.

Futbolçu onu dekabrın qalibi edən qolla bağlı “Futbol+”ə danışdı:

“Zaqatala” ilə oyunda lider olan tərəf biz idik. Futbol komanda oyunudu. Ona görə də uşaqlar mənim qolumda böyük rol oynadılar. Mənim vəzifəm qol vurmaqla komandaya kömək etməkdi”.

ƏSƏD SEYİDOV