Millimizin rəqibində ciddi itki

23.02.2023 23:15 229
Yığma / Dünya futbolu
Millimizin rəqibi Avstriya yığmasında ciddi itki baş verib.

Football-plus.az xəbər verir ki, "Real"ın futbolçusu David Alaba zədələnib. Bunu klubun rəsmi saytı açıqlayıb. Arxa xətt oyunçusunun sağ bud əzələsində yırtıq əmələ gəlib. Bildirilir ki, o, 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Belə olan halda Alaba martın 24-də keçiriləcək millimizlə matçı buraxmalı olacaq.