Pedri növbəti dəfə bəxtsizlik yaşayıb. “Barselona”nın gənc futbolçusu yenidən zədələnib.
“Football-plus.az” xəbər verir ki, “Mundo Deportivo” qəzetinin yaydığı məlumata görə, 20 yaşlı yarımmüdafəçi ən azı 4-5 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, Pedri bu ilin may ayında da zədə almışdı. Bu, ümumilikdə onun aldığı 5-ci ağır zədədi.