Erik Dayer “Tottenhem”i tərk edəcək.
"Football-plus.az" xəbər verir ki, mərkəz müdafiəçisi karyerasını “Bavariya”da davam etdirəcək.
“The Times” qəzetinin məlumatına görə, Münhen klubu 29 yaşlı oyunçu ilə razılığa gəlib. Dayerin bu ay icarə əsasında “Bavariya”ya keçəcəyi bildirilir.
Xatırladaq ki, Dayer cari mövsümdə İngiltərə çempionatının 4 oyununda iştirak edib.