“Roma” heyətinə yeni oyunçu cəlb edib.
Klubun mətbuat xidmətinin məlumatına görə, paytaxt təmsilçisi “Atalanta”dan Pyerluici Qollini alıb. “Roma” bu transferə görə 800 min avro ödəyib. 29 yaşlı qolkiper komandada “95” nömrəli formanı geyəcək.
Qeyd edək ki, Qollini cari mövsümün ilk yarısını icarə əsasında “Cenoa”da keçirib. O, bu komandanın heyətində bütün turnirlərdə 11 matçda meydana çıxıb və 15 top buraxıb.