Maraqlıdı ki, “şirlər”in böyük ehtimalla bu məsələyə görə komandadan uzaqlaşdırdığı daha bir futbolçu Georgi Kantariya ilə bağlı hansısa qərar qəbul edilməlidi. Bunun səbəbi nədi? Gürcüstanlının günahsız olduğu ortaya çıxıb, yoxsa AFFA yekun qərardan əvvəl Gürcüstan Futbol Federasiyasıyla müəyyən danışıqlar aparır? Təbii ki, oyunçuyla bağlı araşdırmaların hələ yekunlaşmaması da ehtimallar arasındadı.
Məsələylə bağlı bilgi əldə etmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq. Qurum rəsmisi “Football-plus.az”a açıqlamasında müvafiq araşdırmaların hələ davam etdiyini dedi:
“Georgi Kantariya ilə bağlı mövzunun bütün detalları məxfidi. Bu üzdən məsələ haqda geniş açıqlama vermək mümkün deyil. Onu deyə bilərik ki, proses Daxili İşlər Nazirliyinin nəzarətindədi və məsələylə bağlı araşdırma davam edir”.
KƏNAN BAHADIR





