36 yaşında prezident seçildi

22.12.2024 21:37 265
Dünya futbolu
Qazaxıstan Futbol Federasiyasının (QFF) prezidenti postuna növbədənkənar seçki keçirilib.

36 yaşlı Marat Ömərov qrumun yeni prezidenti seçilib. O, 94 faiz səslə rəqiblərini qabaqlayıb. Federasiyaya daha əvvəl Adlet Barmenkulov rəhbərlik edirdi. O, prezident vəzifəsini noyabrda tərk etmişdi.

Qeyd edək ki, Ömərov Qazaxıstanın Rəqabətin Mühafizəsi və İnkişafı Agentliyinin sədridi.