Paytaxt klubunu müvəqqəti tərk etdi

3.02.2025 13:26 258
Dünya futbolu
Nikola Zalevski “Roma”nı müvəqqəti tərk edib.

“İnter” onu icarəyə götürüb. İtaliya klublarının mətbuat xidmətinin məlumatına görə, Polşa yığmasının üzvü mövsümün sonuna qədər milanlıların formasında oyanayacaq. “İnter” 23 yaşlı yarımmüdafiəçini birdəfəlik transfer etmək hüququna da malikdi.

Nikola “Roma”nın yetirməsidi. O, bu mövsüm “canavarlar”ın heyətində meydana çıxdığı 17 matçda 2 məhsuldar ötürmə edib.