“El Klasiko” Londonda keçirilə bilər

2.02.2025 16:09 246
Dünya futbolu
İspaniya La Liqasının 35-ci turunun “Barselona” - “Real” matçı başqa ölkədə keçirilə bilər. Bu haqda “Daily Mail” məlumat yayıb.

İngiltərə qəzetinin yazdığına görə, “Barselona” rəhbərliyi hazırda təmirdə olan “Kamp Nou” stadionunda işlərin vacib matçın nəzərdə tutulduğu may ayına qədər başa çatmayacağını hesab edir. Bu səbəbdən alternativ yer axtarışı zəruri sayılır. Mümkün variantlardan biri Avropada tutumuna görə “Kamp Nou”dan sonra ikinci yerdə olan İngiltərənin “Uembli” stadionudu.

Rəhbərlik həmçinin hesab edir ki, Londondakı arena “Barselona”nın azarkeşlərinin qəlbində xüsusi yer tutur. Xatırladaq ki, kataloniyalılar bu stadionda 1992-ci ildə Çempionlar Kubokunun, 2011-ci ildə isə Çempionlar Liqasının finalının qalibi olublar.

Qeyd edək ki, La Liqa rəhbərliyi və İspaniya Futbol Federasiyası kataloniyalıların bu təşəbbüsünü dəstəkləyir. “Barselona” – “Real” matçı mayın 11-nə təyin edilib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul