“Barselona” rəhbərliyi “Nou Kamp”ın yenidən qurulması ilə bağlı planı gələn mövsümdən reallaşdırmaq qərarına gəlib.
"Football-plus.az" xəbər verir ki, buna görə komanda bir müddət doğma stadionunda oynaya bilməyəcək.
Artıq kataloniyalıların ev oyunlarını Barselonadakı Olimpiya stadionunda keçirəcəyi dəqiqləşib. “Marca” qəzetinin məlumatında klubun bu barədə İspaniya Futbol Federasiyasına məlumat verdiyi bildirilib. Federasiya öz növbəsində bu haqda UEFA-ya bildiriş göndərməlidi. “Barselona”nın Olimpiya stadionunda 2024-cü ilin noyabrına qədər oynayacağı gözlənilir. Bu arenanın 55926 yerlik azarkeş tutumu var.