Cokoviçdən qeyri-adi addım: “Students are champions”

1.02.2025 16:09 242
İdman
“Böyük dəbilqə” turnirlərinin 24 qat qalibi Novak Cokoviş Serbianın basketbol çempionatının “Partizan” – “Srvena Zvezda” oyununa üzərində “Students are champions” (Tələbələr çempiondu) yazılan paltarda gedib. Oyundan sonra serb jurnalistlərdən biri məşhur tennisçidən yazını tərcümə etməyi xahiş edəndə belə cavab alıb: “Adamlar orda nə yazıldığını bilirlər, çox yaxşı bilirlər”.

“Football-plus.az” xatırladır ki, cümə günü, yanvarın 30-da Serbiya universitetlərində təhsil alan yüzlərlə tələbə paytaxt Belqraddan Novi-Sad şəhərinə doğru yürüş edib. Tələbələrin etirazı noyabrın əvvəlində baş verən facivəi hadisə ilə bağlıdı. Onda ölkənin şimalında yerləşən Novi-Sad şəhərində dəmir yolu stansiyasının damının bir hissəsinin çökməsi nəticəsində 14 adam ölüb. Bu faciə həm Novi-Saddakı yerli hakimiyyət orqanlarını, həm də Belqraddakı mərkəzi hakimiyyəti ciddi tənqid hədəfinə çevirib. Prezident Aleksandr Vuçiç isə etiraz aksiyalarının ölkəni xaricdən dağıtmaq cəhdinə xidmət etdiyini deyib.

Cokoviçdən qeyri-adi addım: “Students are champions”

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul