Hakimlərimiz Antalyada daha üç oyun idarə edəcəklər

9.01.2025 19:16 325
Ölkə futbolu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən Azərbaycan hakimləri daha üç yoxlama oyununu idarə edəcəklər.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Yanvarın 10-da “Maqdeburq” - “Dinamo” (Kiyev) matçında Rauf Allahverdiyev, “Novi Pazar” – “Gangwong” görüşündə Əkbər Əhmədov, yanvarın 11-də isə “Hermanstadt” - “Neftçi” (Ferqana) qarşılaşmasında Kamran Əliyev baş hakim olacaq.

10 yanvar
15.00. “Novi Pazar” (Serbiya) – “Gangwong” U-23 (Cənubi Koreya)
Baş hakim: Əkbər Əhmədov
Baş hakimin köməkçiləri: Teymur Teymurov, Kərim Zeynalov

16.00. “Maqdeburq” (Almaniya) – “Dinamo” (Kiyev, Ukrayna)
Baş hakim: Rauf Allahverdiyev
Baş hakimin köməkçiləri: Rəhman İmami, Tərlan Talıbzadə

11 yanvar
16.00. “Hermanstadt” (Rumıniya) – “Neftçi” (Ferqana, Özbəkistan)
Baş hakim: Kamran Əliyev
Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Gülnurə Əkbərzadə

Qeyd edək ki, yanvarın 8-də Rumıniyanın “Universitatea Cluj” və Cənubi Koreyanın “Gangwon” klubları arasında təşkil olunan yoxlama oyununun baş hakimi Əli Əliyev olub. Hakimlərin Türkiyə toplanışı yanvarın 12-də başa çatacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul