Hakimlərimiz Antalyada daha iki oyun idarə etdi

11.01.2025 10:31 293
Ölkə futbolu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan hakimlərimiz daha iki yoxlama oyununu idarə ediblər.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

“Maqdeburq” və Kiyev “Dinamo”su arasında görüşdə Rauf Allahverdiyev, “Novi Pazar”la “Gangwong”un U-23 komandasının duelində isə Əkbər Əhmədov baş hakim olub.

Qeyd edək ki, hakimlərimizin Antalyadakı təlim-məşq toplanışı yanvarın 12-nə kimi davam edəcək.

“Maqdeburq” (Almaniya) – “Dinamo” (Kiyev, Ukrayna) – 3:1
Baş hakim: Rauf Allahverdiyev
Baş hakimin köməkçiləri: Rəhman İmami, Tərlan Talıbzadə

“Novi Pazar” (Serbiya) – “Gangwong” U-23 (Cənubi Koreya) – 1:1
Baş hakim: Əkbər Əhmədov
Baş hakimin köməkçiləri: Teymur Teymurov, Kərim Zeynalov

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul