“Feyenoord”a dəstək verə bilmədilər

31.01.2025 19:37 247
Dünya futbolu
“Feyenoord”un azarkeşləri məyusluq yaşayıblar.

Rotterdam klubu yanvarın 29-da Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda “Lill”in qonağı olub. Niderlandlı azarkeşləri matçdan əvvəl problemlə üzləşiblər. Onların Lill şəhərinə girişi qadağan edilib.

Qadağa azarkeşlərlə Fransa polisi arasında toqquşma riskinin artması ilə əsaslandırılır.

Lilldə keçirilən oyun ev sahiblərinin 6:1 hesablı qələbəsi ilə nəticələnib.