39 yaşında meydana dönür

22.09.2024 12:38 119
Dünya futbolu
“Çelsi”nin sabiq hücumçusu Salomon Kalu 39 yaşında karyerasını bərpa edib.

"Football-plus.az" xəbər verir ki, Kalu karyerası ərzində “Çelsi”dən başqa “Feyenoord”, “Ekselsior”, “Lill”, “Herta” və “Botafoqo”da (Rio de Janeyro) da çıxış edib. O, Çempionlar Liqası, İngiltərə premyer-liqası, 4 dəfə İngiltərə kuboku və Liqa kubokunun qalibi olub.

Salomonun sonuncu klubu Cibutinin “Arta Solar 7” klubu olub. O, karyerasını bir neçə ay əvvəl başa vurmaq qərarına gəlmişdi.