Belarus yığmasında baş məşqçi problemi həllini tapıb. Komandaya əcnəbi mütəxəssis təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, Belarus Respublikasının İdman və Turizm Nazirliyinin məlumatına görə, yığmanı bundan sonra Karlos Alos çalışdıracaq. 48 yaşlı ispaniyalı mütəxəssislə müddəti 2024-cü ilin sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb. Anlaşmada müddətin uzadılması variantı da nəzərdə tutulub. Alos baş məşqçi vəzifəsindən iyunun 30-da istefaya göndərilən Georgi Kondratyevin yerini tutub.
Alosun sonuncu iş yeri Ruanda millisi olub. O, daha əvvəl üç il “Barselona”nın U-19 komandasının baş məşqçisi olub, iki il Qazaxıstanın U-17 yığmsına rəhbərlik edib. 2017-18-ci illərdə çalışdırdığı “Kayrat”la Qazaxıstan kubokunu qazanıb.