İtaliyada iş yerini dəyişdi

31.07.2024 12:57 289
Dünya futbolu
Marin Ponqraçiç İtaliyada iş yerini dəyişib.

"Football-plus.az" xəbər verir ki, onu “Fiorentina” heyətinə cəlb edib. Florensiya klubunun rəsmi saytının yaydığı xəbərə görə, Xorvatiya millisinin müdafiəçisi yeni klubu ilə 5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, 26 yaşlı müdafiəçi son mövsümü “Leççe”də keçirən Ponqraçiç “Zaltsburq”, “Volfsburq” və Dortmund “Borussiya”sında da çıxış edib.