MY-nin rekordçusu dünyasını dəyişdi

30.01.2025 11:13 241
Dünya futbolu
“Mançester Yunayted”in sabiq futbolçusu Devid Qaskell dünyasını dəyişib. O, 84 yaşında vəfat edib.

Qaskell komandada 1956-68-ci illərdə çıxış edib. 16 yaş 18 günlüyündə olarkən komandada debüt edən ingiltərəli qapıçı “Yunayted”in tarixinə meydana çıxan ən yeniyetmə oyunçu kimi düşüb.

Qaskell karyerası ərzində “Viqan”, “Rekshem” və “Arkadiya”nın formasını da geyib.