Avropa çempionu vəfat etdi

15.12.2023 16:50 224
Dünya futbolu
Antonio Yuliano dünyasını dəyişib.

İtaliya yığmasının sabiq yarımmüdafiəçisi dekabrın 13-də 80 yaşında vəfat edİb.

Yuliano karyerası ərzində yalnız iki klubun formasını geyib. 1962-78-ci illərdə “Napoli”də, 1978-79-cu illərdə isə “Bolonya”da çıxış edib. Neapol klubu ilə iki dəfə İtaliya kubokunu qazanan yarımmüdafiəçi “skuadra adzurra”nın formasında AÇ-1968-in qalibi olub.