MS-yə qoşulan 4-cü futbolçu oldu

29.01.2025 23:09 272
Dünya futbolu
“Mançester Siti” bu ay heyətinə 4-cü yeni oyunçu cəlb edib.

İngiltərə klubu “Nyu York Siti”nin müdafiəçisi Kristian Makfarleyninin keçidini açıqlayıb. 18 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. ABŞ klubu yeniyetmə oyunçunun gələcək satışından müəyyən faiz əldə edəcək.

Xatırladaq ki, “Siti” bundan əvvəl “Lans”dan özbəksitanlı Abdukodir Xusanovu, “Aytraxt”dan Omar Marmuşu, “Palmeyras”dan isə Vitor Reysi transfer edib.