"İctimai mədəniyyətimizlə başqalarına nümunə olmağa çalışırıq" - AÇIQLAMA

18.08.2023 13:51 265
Ölkə futbolu
Misli premyer-liqasının 2-ci turunun "Qarabağ" - "Turan" oyununda qonaqların ən böyük azarkeş qrupu "The Ultras" stadionda öz yerini tutmuşdu.

"Football-plus.az" xəbər verir ki, onların sayı 120 nəfər idi. Bakıda yaşayan tovuzlulardan 400 nəfər də "The Ultras"a qoşuldu. Adı çəkilən fanklubun üzvləri matç bitəndən sonra tovuzlu futbolçuların su içdiyi qabları meydandan yığıb təmizlədilər. Xoş mənzərəylə bağlı klubla azarkeşlər arasında əlaqələndirici Kamal Saqqayevin fikirlərini öyrəndik:

"Əvvəla onu deyim ki, bizlər nəticələrə görə yox, "Turan Tovuz"a inandığımız və sevdiyimiz üçün onun yanındayıq. Odu ki, bütün oyunlarda komandamıza dəstəyimizi nümayiş etdirəcəyik. "The Ultras"ın iməciliyinə gəlincə, biz tək coşqulu dəstəyimizlə yox, həm də stadionda ictimai mədəniyyətimizlə başqalarına nümunə olmağa çalışırıq".


ABDULLA İSMAYILOĞLU