Doğma klubuna qayıtdı

25.01.2025 13:29 252
Dünya futbolu
Qonsalo Montyel “Sevilya”nı tərk edib.

O, karyerasını vətənində davam etdirəcək. Argentinalı müdafiəçi “River Pleyt”ə qayıdıb. Buenos Ayres klubu 4,5 milyon avro ödədiyi yetirməsi ilə müddəti 2028-ci ilin sonuna qədər nəzərdə tutulan müqavilə bağlayıb.

Xatırladaq ki, “Sevilya” Qonsalonu 2021-ci ildə 11 milyon avroya almışdı. 2023/24 mövsümündə icarə əsasında “Nottingem Forest”də oynayan futbolçu bu mövsüm “Sevilya”nın formasında meydana çıxdığı 9 matçda 1 qol vurub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul