5 ildən sonra Sevilyaya qayıtdı

2.09.2024 21:30 300
Dünya futbolu
“Tottenhem”in yarımmüdafiəçisi Covani Lo Çelso karyerasını yenidən “Betis”də davam etdirəcək.

İspaniya klubunun saytının məlumatına görə, “Tottenhem” 28 yaşlı futbolçunu 5 milyon avroya satıb. Lo Çelso Sevilya klubu ilə müddəti 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb. Qeyd edək ki, futbolçu 2018/19 mövsümündə PSJ-yə məxsus olarkən icarə əsasında “Betis”də çıxış edib.

Covani 2023/24 mövsümündə bütün yarışlarda 24 oyun keçirib, 2 qol vurub və 2 qolun ötürməsini verib.