“Mançester Siti” yeni futbolçu transfer edib. İngiltərə klubu Xulian Alvaresdən sonra “River Pleyt”dən daha bir oyunçu alıb.
“Football-plus.az” xəbər verir ki, “şəhərlilər” Klaudio Eçeverrini transfer ediblər. 18 yaşlı futbolçu klubu ilə müddəti 2027/28 mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb. Yeniyetmə istedad 2025-ci ilin yanvarına qədər icarə əsasında “River Pleyt”də oynamağa davam edəcək. Bir neçə gün əvvəl MS-nin ona görə 14,5 milyon avro təzminat ödəyəcəyi haqda xəbər yayılmışdı. Argentinalı futbolçu “River Pleyt”ə müəyyən şərtlər daxilində bonus kimi daha 9 milyon avro qazandıra bilər.
Klaudio bu klubda ötən yay debüt edib və komandada 6 oyuna çıxıb. O, Argentinanın gənclərdən ibarət komandasında da çıxış edir. Hücumameyilli yarımmüdafiəçi ölkənin U-17 yığmasında kapitan kimi 22 oyuna 13 qol vurub.