İrasabal "Sabah"ın qızlardan ibarət U-13 komandası ilə görüşdü

23.01.2025 16:13 267
Ölkə futbolu
"Sabah"ın əsas komandasının müdafiəçisi Con İrasabal klubun akademiyasının qızlardan ibarət U-13 komandası ilə görüşüb.

"Football-plus.az" xəbər verir ki, ispaniyalı futbolçu komandanın üzvləri ilə görüşdə onlara öz məsləhətlərini verib, azyaşlı futbolçular üçün maraqlı olan sualları cavablandırıb. Daha sonra U-13 komandasına hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “Sabah”ın qızlardan ibarət U-13 komandası bu mövsümdə ilk dəfə çempionatda iştirak edir.