AÇ-də iştirak edəcək qızlardan ibarət millinin heyəti

11.06.2022 22:02 507
İdman
İyunun 13-dən 19-dək Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, bu gün qitə birinciliyində ölkəmizi təmsil edəcək qızlardan ibarət milli komandanın üzvləriylə görüş keçirilib. Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katib Nəsimi Musayev və qadınlardan ibarət yığma komandanın baş məşqçi əvəzi Rövşən Umudov məsul yarışda iştirak edəcək güləşçilərə inandıqlarını bildiriblər və onlara uğurlar arzulayıblar.

Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında AÇ-də iştirak edəcək komandanın tərkibində 6 qız idmançı yer alıb. Buxarestdə Elvina Kərimzadə (43 kq), Aysel Məmmədzadə (46 kq), Ruzanna Məmmədova (49 kq), Jasmin Əsgərova (53 kq), Günay Qurbanova (57 kq) və Fatimə İsayeva (65 kq) güləşəcək.

Qeyd edək ki, AÇ-nin proqramına əsasən, iyunun 14-də qadın güləşi üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti 3 gündə isə güləşin bu növündə mübarizə baş tutacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul