Lebron Ceyms yenə adını tarixə yazdırdı

23.01.2025 10:52 322
İdman
MBA-da müntəzəm mövsüm davam edir.

''Football-plus.az'' xəbər verir ki, Nikola Yokiçin mövsümdə 19-cu ''tripl dabl''ını müəyyənləşdirdiyi qarşılaşmada ''Denver'' ''Filadelfiya''nı 144:109 hesabı ilə darmadağın etdi. MBA-da 22-ci mövsümünü keçirən və saysız-hesabsız rekordların sahibi olan Lebron Ceyms isə yenə adını tarixə yazdırdı.

Ceyms ''Leykers''in ''Vaşinqton''u 111:88 məğlub etdiyi oyunu 21 xal, 10 ribaund, 13 ötürmə göstəriciləri ilə tamamlayaraq mövsümdə 9-cu, karyerasında 121-ci dəfə ''tripl dabl'' etdi. O, bunu 40 yaş 23 günlüyündə bacardı. Ceyms bununla da Karl Melounun ardında MBA tarixində 40 yaşdan sonra ''tripl dabl'' edən cəmi 2-ci basketbolçuya çevrildi! Meloun turnirin tarixində ''tripl dabl'' etmiş ən yaşlı basketbolçudu. O, bunu 2003-cü ilin noyabrın 28-də 40 yaş 127 günlüyündə bacarmışdı.

Bundan başqa Ceyms bu oyunda iki dəfə topu rəqibdən oğurlamağı bacardı. O, MBA-da ümumilikdə bu göstəricisini 2309-a çatdırdı. Bununla da Ceyms topu ən çox rəqibdən alan basketbolçuların siyahısında Skotti Pippeni (2307) keçərək 7-ci pilləyə yüksəldi. Bu siyahıda lider Con Stoktondu (3285).

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul