“Hyuston”un mərkəz oyunçusu Alpərən Şəngün “Vaşinqton”la oyunda tripl-dabl etdi: 21 xal topladı, 11 ribaund etdi və 10 məhsuldar ötürmə verdi.
Football-plus.az xəbər verir ki, karyerasında 2-ci tripl-dabla imza atan 20 yaşlı türk basketbolçu MBA tarixinə 21 yaşını tamamlamadan bir neçə tripl-dabl bacaran ilk mərkəz oyunçusu kimi düşdü.
Şəngün cari mövsümdə hər oyunda orta hesabla 15,5 xal toplayır, 9 ribaund edir və 3,5 məhsuldar ötürmə verir.