Millimizin daha bir rəqibi bilindi

22.01.2025 17:16 272
Ölkə futbolu
Azərbaycan millisinin yoldaşlıq oyunu keçirəcəyi daha bir rəqibi bəlli olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Millimiz iyunun 10-da Bakıda Macarıstanla qarşılaşacaq. Matçın başlanma saatı hələlik müəyyənləşməyib.

Qeyd edək ki, yığmamız martın 25-də Belarus yığması ilə Bakıda yoldaşlıq görüşü keçirəcək.