“Sumqayıt”ın müvəqqəti baş məşqçisi Vaqif Cavadovun rəhbərliyi altında keçirdiyi oyunları uğursuz saya bilmərik. Ona görə ki, “kimyaçılar” həmin 9 matçın 4-də qalib gəlib, 4-də uduzub, 1-də heç-heçə edib. Nəticədə “gənclik şəhəri”nin təmsilçisi fasiləyə 20 xalla 6-cı pillədə yollanıb.
Bəs klub rəhbərliyi mövsümün ikinci yarısında bu postda dəyişiklik etməyi planlaşdırırmı? Cavadovun rəsmən baş məşqçi kimi təyinatı mümkündümü?
“Football-plus.az”ın suallarını “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev cavabladı: