Orxan "Turan Tovuz"da

8.01.2025 23:58 327
Ölkə futbolu
"Kəpəz"in futbolçusu Orxan Əliyev “Turan Tovuz”a transfer olunub.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi yeni komandası ilə 1 il 5 ay müddətinə müqavilə imzalayıb.

Qeyd edək ki, Orxan cari mövsümün əvvəli "sarı-göylər"ə keçmişdi. O, bu müddət ərzində qərb klubunun heyətində 15 görüşdə 4 qol vurub.