“Xeyr, “Neftçi” ilə yoldaşlıq oyunu keçirməyəcəyik” – niyə?

7.01.2025 18:52 477
Aktual / Ölkə futbolu
Bildiyimiz kimi, “Neftçi” yanvarın 3-də qış təlim-məşq toplanışına start verib. Yanvarın 5-dək “Neftçi” Futbol Mərkəzində məşq edən “ağ-qaralar” ertəsi Qəbələyə yollanıb və 12-dək orda olacaq.

Görəsən, “Qəbələ”nin fürsətdən yararlanmaq, “Neftçi” ilə yoldaşlıq oyunu keçirmək fikri varmı? “Football-plus.az” bu sualı “qırmızı-qaralar”ın idman direktoru Səbuhi Səfiyarlıya ünvanlayıb:

“Xeyr, “Neftçi” ilə yoldaşlıq oyunu keçirməyəcəyik. Biz yanvarın 9-da yığılırıq. “Neftçi” ilə planlar uyğun gəlmir”.

ƏSƏD SEYİDOV