İngiltərə nəhəngi ''Mançester Yunayted''in indiki durumu müzakirə mövzusu olmaqda davam edir. Hələ ki, məşqçi dəyişikliyinin bir faydası gözə dəymir.
''Football-plus.az'' xəbər verir ki, komanda Erik ten Haqın dönəmində necə bərbad təsir bağışlayırdısa, Ruben Amorimin dönəmində də o cür təsir bağışlayır. Düşmə zonasından cəmi 7 xal öndə olan ''qırmızı şeytanlar'' son 9 rəsmi oyunun 6-da məğlub olub.
1930-cu ildən bu yana ''Yunayted''in heç vaxt 6-dan məğlub ayrıldığı 9 oyunluq dönəmi olmamışdı! Hətta Amorim ''Nyukasl''a son məğlubiyyətin ardından komandanın elitanı tərk edə biləcəyini də istisna etmədi. Bu arada manikunianların tarixində iz buraxmış isimlərdən olan, hazırda şərhçi kimi çalışan Qari Nevill də komandanı yıxıb-sürüyərək ''Skay Sport''a bunları deyib: