Liqa 1-də PSJ-nin hegemonluğu

30.12.2024 21:37 288
Dünya futbolu
“Ekip” 2024-cü il üçün Liqa 1-in rəmzi komandasını tərtib edib.

Fransanın nüfuzlu idman nəşrinin hazırladığı komandaya PSJ-nin 6 futbolçusu layiq bilinib.

Qapıçı: Luk Şevalye (Lill).
Müdafiəçilər: Əşrəf Hakimi, Markinyos, Nunu Mendeş (hamısı PSJ), Vilfrid Sinqo (Monako).
Yarımmüdafiəçilər: Usman Dembele, Vitinya, Bredli Barkola (hamısı PSJ), Pyer Lis-Melu (Brest).
Hücumçular: Conatan David (Lill), Kilian Mbappe (PSJ/Real).