Birillik həsrəti sona çatdı

30.12.2024 18:19 262
Dünya futbolu
David Alabanın birillik həsrəti sona çatıb.

“Real”ın futbolçusu yaşıl meydana qayıdıb. 32 yaşlı avstriyalı müdafiəçi bazar ertəsi uzunmüddətli zədədən sonra komanda ilə birgə məşq edib. Xatırladaq ki, David 2023-ci ilin dekabr ayında ağır zədə almışdı. Ona dizinin çarpaz bağının qırılması diaqnozu qoyulmuşdu.

Əlavə edək ki, Alabanın “Real”la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.