“Şamaxı” deyib ki, bizə uyğun təklif olsa, onu buraxacağıq” – Mikels də gedir?

29.12.2024 22:51 955
Aktual / Ölkə futbolu
Son günlər “Şamaxi”nın ulduzu Leroy Mikelslə bağlı müxtəlif transfer xəbərləri tirajlanır.

Almaniyalı futbolçunun “Neftçi”, “Sabah” və ya “Araz-Naxçıvan”a keçəcəyi deyilir. Təbii, müqavilə ilə məxsus olduğu klubun bu məsələ ilə bağlı mövqeyi də önəmlidi.

“Football-plus.az” Mikelslə bağlı bütün sualların cavabını futbolçunun meneceri Fuad Xəlilovdan almağa çalışıb.

- Son günlər Leroy Mikelsin “Neftçi”, “Sabah” və ya “Araz-Naxçıvan”a keçəcəyi müzakirə olunur…
- Düzdü, təkliflər var. Amma hələ hansısa klubla razılaşmayıb.

- Gözlənilən təklif gələcəyi halda, Mikelsin, yoxsa “Şamaxı”nın mövqeyi önəmli olacaq?
- “Şamaxı” deyib ki, bizə uyğun təklif olsa, onu buraxacağıq. Yəni klub transferə isti yanaşır.

- Hazırda hansısa tərəflə anlaşma varmı?
- Danışıqlar prosesi gedir. Amma tezliklə müqavilə imzalanacağı haqda söhbət hələ ki yoxdu.

- Futbolçu daha çox şans qazanacağı kluba getmək istəyir, yoxsa daha məşhur?
- Sözsüz, daha ambisiyalı klub, həm də daha çox pul qazanacağı yer istəyir. Heç bir futbolçu da buna “yox” deməz. Bütün işlərdə olduğu kimi, burda da büdcə önəmlidi. Yaxşı təklif gələndə istər-istəməz hamının ağlı qarışır.

- Nəzərə alaq ki, “Sabah” və “Neftçi” kimi klublarda keyfiyyətli futbolçular var. Yəni rəqabət apara biləcəkmi?
- O özünə güvənir. Oyunçu keyfiyyəti göstərir ki, daha yaxşı klubda oynaya bilər. Həm də rəqabətdən çəkinməyən futbolçudu. Qardaşını da görürsüz, qanında-damarında o şey var. Özünü göstərmək, rəqabəti udmaq istəyirlər.

- Bəs danışıqlar alınmasa, “Şamaxı”da qalmağa necə baxır?
- Normal. Müqaviləsinə sadiq insandı.

RÖYANƏ OĞUZ