Dünya çempionu vəfat etdi

28.12.2024 15:36 263
Dünya futbolu
İngiltərə futboluna itki üz verib.

Ölkənin milli komandasının sabiq futbolçusu Corc İsthem vəfat edib.

O, dekabrın 20-də 88 yaşında dünyasını dəyişib. İsthem “Ards” (1953-56), “Nyukasl” (1956-60), “Arsenal” (1960-66), “Stok Siti” (1966-73), “Klivlend Stokers” (1967), “Keyp Taun Siti” (1970), “Hellenik” (1971-72) və “İst London Yunayted”də (1975) çıxış edib. İngiltərə yığması ilə DÇ-1966-nın qalibi olan sabiq yarımmüdafiəçi milli formada 19 oyuna 2 qol vurub. Futbolçu karyerasını başa vurandan sonra “Stok Siti”ni (1977-78) çalışdırıb.

Qeyd edək ki, İstvud vəfat edən 19-ci dünya çempionudu. İndi İngiltərə yığması ilə mundialın qalibi olanlardan üçü - Yan Kallaqan, Terri Peyn və Ceff Herst həyatdadı.