Cəlal "Şamaxı"da - RƏSMİ

27.12.2024 12:58
Ölkə futbolu
"Şamaxı" yeni transferini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Millimizin üzvü Cəlal Hüseynov heyətə cəlb olunub. Bolqarıstanın “Arda” klubuna məxsus olan müdafiəçi mövsümün sonuna qədər icarə əsasında komandada çıxış edəcək.

Qeyd edək ki, Cəlal 2022/23 mövsümündə də “Şamaxı” forması ilə 34 oyuna çıxıb.