Cəlal Hüseynov "Şamaxı" - "Sabah" matçında!

22.12.2024 13:50 297
Aktual / Ölkə futbolu
"Şamaxı"nın Bolqarıstan "Arda"sının şərəfini qoruyan Cəlal Hüseynovla güclənəcəyini yazmışıq.

"Football-plus.az" xatırladır ki, futbolçu cari mövsümün sonuna qədər icarə əsasında "şirlər"in formasını geyəcək. Bu barədə Cəlalın və klubun mətbuat xidmətinin rəhbəri Yusif Hüseynovun fikirlərini dərc etmişik. Onlar saytımıza açıqlamasında transfer prosesinin yekunlaşmaq üzrə olduğunu deyiblər.

Məsələnin əsas tərəfi isə Cəlalın artıq Şamaxıda olmasıdı. Belə ki, futbolçu Misli premyer-liqasının 18-ci turu çərçivəsində keçiriləcək "Şamaxı" - "Sabah" matçını tribunadan izləyəcək.

Qeyd edək ki, həmyerlimiz "Arda"da yetərincə forma şansı qazanmadığından karyerasını ölkəmizdə davam etdirməyə qərar verib.

KƏNAN BAHADIR, Şamaxı

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul