“6 aylıq icarə əsasında Şamaxıda oynayacam” – Cəlal “Arda” ilə necə anlaşıb?

22.12.2024 13:29 311
Aktual / Ölkə futbolu
“Şamaxı” hələ rəsmi təqdimat etməsə də, Cəlal Hüseynovun transferindən xəbərdarıq.

2023-cü ildə Bolqarıstan çempionatında mübarizə aparan “Arda”ya keçən Hüseynov son vaxtlar heyətə düşməkdə problem yaşadı. Yığma üzvü mövsümün əvvəlində “Kəpəz”ə də keçməyə yaxın olsa da, transfer bəzi səbəblərdən baş tutmamışdı. Amma Bolqarıstan təmsilçisi ilə müqavilə müddəti davam edən futbolçunun gözlənilməz qayıdışı da suallar doğurdu. Müqaviləni özü pozubsa, Cəlal “Arda”ya, ya da əksinə olubsa, “Arda” həmyerlimizə təzminat ödəməlidi. Ya da böyük ehtimalla icarə əsasında Azərbaycana qayıdıb. Bəs futbolçu “Arda” ilə necə razılaşıb? Cəlal “Football-plus.az”ın sualına belə cavab verdi:

“Hazırda “Şamaxı”ya transfer olunuram. 6 aylıq icarə əsasında “Şamaxı”da oynayacam. Bundan sonra bir mövsüm daha “Arda” ilə müqaviləm var. Yayda nəyin necə olacağına qərar verəcəyik”.

RÖYANƏ OĞUZ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul