İtaliya klubunda yeni təyinat

26.12.2024 22:51 280
Dünya futbolu
“Montsa”nın yeni baş məşqçisi məlum olub.

Alessandro Nesta ilə yolları ayıran İtaliya klubu Salvatore Bokketti ilə anlaşıb. 38 yaşlı italiyalı mütəxəssislə müddəti 2027-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Bokkettinin çalışdığı sonuncu komanda “Verona” olub. Bu komandada köməkçi məşqçi kimi işləyib.

Qeyd edək ki, “Montsa” A seriyasında 17 oyuna 10 xalla turnir cədvəlində sonuncu - 20-ci yeri tutur.