Qeyd olunur ki, qarşıdakı günlərdə komandanın “sükanı arxasında” Azər Bağırovu yox, Şahin Diniyevi görəcəyik. Hətta bu məqsədlə yeni namizədlə klub rəhbərliyi arasında görüşlər də keçirilib.
“Football-plus.az” iddiaların real olub-olmadığını öyrənmək məqsədi ilə Şahin bəylə əlaqə saxladı. O, saytımıza açıqlamasında məlumatı nə təsdiq, nə də təkzib etdi:
“Belə məsələlər haqda danışmaq istənilən məşqçi üçün ağırdı. Bu üzdən nəsə demək istəmirəm. Xahiş edirəm, məni anlayışla qarşılayın”.
Qeyd edək ki, “Kəpəz” qış fasiləsinə 11 xalla 9-cu pillədə yollanıb. “Sarı-göylər” sonuncu yerdə qərarlaşan “Səbail”i cəmi 2 xal qabaqlayır.
KƏNAN BAHADIR






