"Turan Tovuz" Antalyaya gedir

24.12.2024 23:57 289
Ölkə futbolu
"Turan Tovuz"un qış hazırlıq planı bəlli olub.

"Football-plus.az" xəbər verir ki, mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə komanda yanvarın 4-də Türkiyənin Antalya şəhərinə yollanacaq.

Kemer bölgəsindəki "Sherwood Exclusive" otelində məskunlaşacaq “Turan Tovuz” ayın 13-dək burada hazırlığını davam etdirəcək. Baş məşqçi Kurban Berdıyev hazırlıq çərçivəsində 2 yoxlama oyununda komandanı sınaqdan keçirəcək.

Təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoxlama oyunları haqda əlavə məlumat veriləcəyi bildirilib.