Bovenin son durumu açıqlandı

24.12.2024 17:49 252
Dünya futbolu
Edoardo Bovenin səhhəti ilə bağlı növbəti xəbər yayılıb.

Xəstəxanada müalicəsi başa çatan“Fiorentina”nın yarımmüdafiəçisi evə buraxılıb.

22 yaşlı futbolçusu müalicəsini evdə davam etdirəcək. Xatırladaq ki, A seriyasının dekabrın 1-də “İnter”lə keçirilən oyununda Bove ürəktutması keçirmişdi. Edoardo bir müddət sonra defibrillyator taxdırmaq üçün əməliyyat olunub. Qeyd edək ki, gənc futbolçu defibrillyatorun implantasiyasından 6 ay vaxt keçməyincə oynaya bilməyəcək.

Bove 2024-cü ilin yayında “Roma”dan icarə əsasında “Fiorentina”ya keçib. O, bu mövsüm 14 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.