“Fiorentina” rəsmisi vəfat etdi

22.03.2024 12:45 234
Dünya futbolu
“Fiorentina”nın baş direktoru Co Barone vəfat edib.

A seriyasının 29-cu turunun “Atalanta” - “Fiorentina” matçı onun ürəktutması keçirməsinə görə qeyri-müəyyən müddətə təxirə salınmışdı. 57 yaşlı Barone Berqamodakı oteldən Milandakı “San Raffaelo” klinikasına aparılmışdı.

Təəssüf ki, həkimlər onun həyatını xilas edə bilməyiblər.