“Sent-Ceyms Park” genişləndiriləcək

24.12.2024 18:52 254
Dünya futbolu
“Nyukasl” ev oyunlarını keçirdiyi “Sent-Ceyms Park”ı genişləndirmək niyyətindədi.

Klub bununla bağlı planlarını 2025-ci ilin əvvəlində həyata keçirməyi düşünür. Stadionun “Qallou Qeyt” adlandırılan tribunasının təkmilləşdirilməsi, bununla da ümumi tutumun təxminən 65 min nəfərə çatdırılması planlaşdırılır.

Genişləndirmə prosesi bitəndən sonra “Sent-Ceyms Park” İngiltərə premyer-liqasında ikinci ən böyük stadion olacaq. Hazırda ən böyük arena “Mançester Yunayted”in ev oyunlarını keçirdiyi “Old Trafford”du (74310 tamaşaçı). “Sent-Ceyms Park"ın genişləndirilməsinin təxmini xərcləri 800 milyon - 1 milyard funt sterlinq arasında qiymətləndirilir.

Rəhbərlik yeni stadionun tikintisini də nəzərdən keçirir. Bu isə 2-3 milyard funt sterlinqə başa gələ bilər.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul