Dünyanın ən gurultulu stadionları açıqlandı

1.11.2022 16:57 1 031
Dünya futbolu
İngiltərənin ''Sun'' nəşri dünyanın ən mükəmməl atmosferə malik olan, yəni ən gurultulu stadionların ilk ''15-liy''ini açıqlayıb.

Football-plus.az xəbər verir ki, bu siyahıya Türkiyədən birdən-birə 3 stadion düşüb. ''Fənərbaxça''nın ev oyunlarını keçirdiyi ''Ülkər'' 13-cü, ''Beşiktaş''ın ev oyunlarını keçirdiyi ''Vodafon Park'' 6-cı, ''Qalatasaray''ın ev oyunlarını keçirdiyi ''Nef Stadionu'' isə 3-cü pilləyə layiq görülüb. ''Cim-Bom''un stadionu bu siyahıda yalnız 2-ci pilləni tutan ''Seltik''in ''Seltik Park'' və 1-ci pilləyə layiq görülən Dortmund ''Borussiya''sının ''Siqnal İduna Park'' stadionundan geri qalıb.

''Srvena Zvezda''ya məxsus ''Rayko Mitiç'' 4-cü, bir müddət öncə ''Qarabağ''ın fəth etdiyi ''Olimpiakos''a məxsus ''Karaiskakis'' stadionu 5-ci olub.