İtaliyadan İngiltərəyə üz tutdu

23.12.2024 15:31 244
Dünya futbolu
“Sauthempton”un yeni baş məşqçisi müəyyənləşib.

İngiltərə klubunu bundan sonra İvan Yuriç çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xorvatiyalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. O, istefaya göndərilən Rassell Martini əvəzləyib.

Qeyd edək ki, Yuriç bunadək “Cenoa”, “Verona”, “Torino” və sonuncu iş yeri olan “Roma”ya başçılıq edib.