“Ordakı meydançanın vəziyyəti də bərbad idi”

17.12.2024 21:09 354
Aktual / Ölkə futbolu
Ölkə çempionatının birinci liqasında gərgin mübarizə getdiyini demək olar.

Düzdü, “Qəbələ” aşkar favoritdi. Hətta 8-ci turda “Karvan”ı səfərfə məğlub etməklə aşağı dəstənin ağası olduğunu göstərdi. Elə həmin yevlaxlılar və “İmişli” bacardıqca “qırmızı-qaralar”a müqavimət göstərməyə çalışır. Odu ki, “İmişli”nin 9-cu turda aşkar autsayder “Mingəçevir”lə səfər oyununda xal itirməsi (0:0) gözlənilməz oldu.

Klubun idarə heyətinin üzvü Aqşin Mürsəlov son oyundakı heç-heçəni belə izah etdi:

“Mingəçevirdə xal itirməyimizin bir neçə səbəbi var. Əslində furtbolçularımızın xeyli hissəsi zədəlidi. “Difai” ilə oyuna çatdırıb oynayacaqlar. Ordakı meydançanın vəziyyəti də bərbad idi. Bu da oyunumuza təsir etdi. Ümumi götürsək, komandada ab-hava yaxşı idi. Çünki kubokda “Kəpəz”lə çox yaxşı oyun keçirmişdik. Düşünürəm “Kəpəz” kimi komandanı uda biləcək oyun oynamışdıq. Sadəcə, bu dəfə nələrsə düz getmədi, ikinci hissədə qol epizodlarımız reallaşmadı. Təəssüf ki, qol vura bilmədik. Əslində yaxşı fürsət yaranmışdı ki, “Karvan”la xalımızı bərabərləşdirək. “Qəbələ” bizdən bir qədər uzaqlaşıb. Amma düşünürəm ki, çempionat hələ indi başlayır. Yaxşı oyunlar qarşıdadı. Qış fasiləsindən sonra komandamızı toparlayıb iddiamız uğrunda savaşacağıq. Hədəfimiz birinci yerdi. Düşünürəm ki, çempionatın sonunda buna nail olacağıq”.

RÖYANƏ OĞUZ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul