“İkinci hissəyə əslində yaxşı başlamışdıq” - Azər Bağırov

15.12.2024 22:12 350
Premyer-liqa / Manşet
Premyer-liqanın 17-ci turunda “Kəpəz” səfərdə “Neftçi”yə məğlub olub - 2:0.

“Football-plus.az” xəbər verir ki, oyundan sonra qonaqların baş mğşqçisi Azər Bağırov mətbuat konftansında görüş haqda fikirlərini bildirib:

“Oyuna yaxşı hazırlaşmışdıq. Sadəcə texniki səhvlər hesabına qollar buraxdıq. İlk hissədə 2 qol buraxdıq. İkinci hissəyə əslində yaxşı başlamışdıq. Məğlub olduq. Söz tapmıram. Hər situasiyadan çıxmağı bacarmalıylıq. Məğlub olmuşuq, amma önümüzə baxmalıyıq. Növbəti oyuna hazırlaşacağıq”.

RÖYANƏ OĞUZ